Python - List Tuple Dictionaries Sets

 List (siyahılar)

1.          list() keyword ilə

2.          [1,2...] mötərizələri ilə

Tuple (Cütlük) (tuple-lar yaradıldıqdan sonra yeni element əlavə oluna bilmir, dəyişdirilmir və silinmir)

1.          tuple() keyword ilə

2.          () mötərizə köməyi ilə

Dictionaries (Lüğət)

1.          dict() keyword ilə

2.          { } mötərizə köməyi ilə

Sets (Çoxluqlar)

1.          set() keyword ilə

2.          {} mötərizə ilə (Məsələn: a = {2,True,6,6,7.9, 1, 'x',12, 'y'})

Çoxluğa boolean dəyər vermək olmur Artan sıra ilə düzülür. Təkrar element olmur.

List

1.          append() funksiyası: Siyahının sonuna element əlavə edir.

2.          insert() funksiyası: Siyahının göstərilən indeksinə element əlavə edir.

3.          Remove funksiyası: Siyahıdan verilən dəyəri çıxardır

4.          del funksiyası: Siyahının hər hansı bir indexini və ya ümumiyyətlə siyahını silmək üçün istifadə olunur

5.          pop funksiyası: siyahının son elementini və ya verilən elementi çıxardır və silinən elementi bir dəyişkənə mənimsədə bilirsiz

6.          in funksiyası: Element siyahıda varsa, True, yoxdursa, False verir

7.          not in funksiyası:Element siyahıda yoxsa, True, varsa, False verir

8.          index funksiyası: Axtardığınız element siyahıda varsa, onun yerləşdiyi indexi verir, yoxdursa, Value Error verir

9.          sort funksiyası: siyahının elementlərini kiçikdən böyüyə doğru sıralayır

10.      reverse funksiyası: Siyahını tərs çevirir, başdakı axıra, axırdakı başa gəlir

11.      count funksiyası: Müəyyən bir elementin siyahıda neçə dəfə keçdiyini göstərir

12.      min funksiyası: ən kiçik elementi göstərir.

13.      max funksiyası: ən böyük elementi göstərir.

14.      sum funksiyası: elementlərin cəmini göstərir

15.      Siyahıda element yaratma yolları (list comprehension): a = [i for i in range(100)] a = [i+2 for i in range(100)]

Tuple

Bu, sıralanmış, dəyişməz (immutable) bir kolleksiyadır. Yəni, bir tuple yaradıldıqdan sonra, onun içindəki elementləri dəyişdirmək, silmək və ya əlavə etmək mümkün deyil.

1.          in funksiyası: Element tuple-da varsa, True, yoxdursa, False verir

2.          not in funksiyası:Element tuple-da yoxsa, True, varsa, False verir

3.          index funksiyası: Axtardığınız element tuple-da varsa, onun yerləşdiyi indexi verir, yoxdursa, Value Error verir

4.          min funksiyası: ən kiçik elementi göstərir.

5.          max funksiyası: ən böyük elementi göstərir.

6.          sum funksiyası: elementlərin cəmini göstərir

Dictionaries

1.          Get əmri: İçinə yazdığımız açara uyğun dəyəri gətirir. Əgər açar yoxdursa, xəta vermir, None yazır

2.          in əmri: Əgər ki açar lüğətin içində varsa, True verəcək, yoxdursa, False verəcək

3.          not in əmri: Əgər ki açar lüğətin içində varsa, False verəcək, yoxdursa, True verəcək

4.          Yeni bir element əlavə edəndə aşağıdakı syntax istifadə olunur: lugetadi["acar"] = "deyer"

5.          Dəyər silmək (del func): del(a['acar'])

6.          items() əmri: Həm açar, həm də dəyərlərə eyni anda çatmağınıza kömək edir

7.          keys() əmri: Lüğətdəki açarları tək-tək gətirməyinizə kömək edir

8.          values() əmri: Lüğətdəki dəyərləri tək-tək gətirməyinizə kömək edir

9.          len(): Lüğətin içindəki dataların sayını qaytarır

10.      update() əmri: Lüğət yeni bir lüğətlə əvəz olunur. Var olan açarların dəyərləri yenilənir, olmayan açarlar isə əlavə olunur.

11.      copy() əmri: Lüğətin elementlərinin bir kopyasını yaradır.

12.      clear() əmri: Lüğətdəki bütün elementləri silir, amma lüğətin özünü saxlayır.

13.      del() əmri: Lüğəti tamamilə silir

Sets (Çoxluqlar)

1.          add() əmri: Mövcud çoxluğa element əlavə edir.

2.          remove() əmri: Mövcud çoxluqdan element çıxardır.

3.          difference() əmri: Birinci çoxluqda olub, ikinci çoxluqda olmayan elementləri tapmaq üçün istifadə olunur.

4.          intersection() əmri: İki çoxluqda ortaq elementləri tapır

5.          isdisjoint() əmri: İki çoxluğun ortaq elementi olub-olmadığını yoxlayır. Yoxsa, True verir, varsa, False verir

6.          issubset() əmri: Bir çoxluqda olan bütün dəyərlərin hamısının digər çoxluqda olub-olmadığını yoxlayır. Varsa, True verir, yoxsa False

7.          issuperset() əmri: bir çoxluğun digər çoxluğunun bütün elementlərini içində tutur mu, yoxlayır. Tutursa, True, yoxsa False

8.          union() əmri: İki çoxluğun birləşməsini tapmaq üçün istifadə olunur.

Popular posts from this blog

Power BI DAX Functions

Python - Pandas

Power BI - Lifehacks